YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “LUKOİL” şirkəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Son illər Azərbaycan dövlətçiliyin, vətəndaş cəmiyyətinin və diversifikasiya olunmuş iqtisadiyyatın möhkəmləndirilməsi yolunda böyük nailiyyətlər əldə etmişdir. Sizin rəhbərliyiniz ilə respublikada davamlı, dinamik sosial-iqtisadi inkişafa yönəlmiş fəal islahatlar davam etdirilir. Bu quruculuq siyasətinin uğurları ölkənin indiki və gələcək tərəqqisi üçün etibarlı zəmindir. “LUKOİL”un Azərbaycandakı layihələrinə hər zaman verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Öz tərəfimdən bir daha əmin edirəm ki, bütün öhdəliklərimizi dəqiq yerinə yetirməyə və azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırıq.

Sizə bir daha dərin hörmətimi bildirir və səmimi qəlbdən cansağlığı, səadət, Azərbaycan Respublikasının rifahı naminə heç də asan olmayan fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.