YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oman Sultanı Qabus bin Said Al Said Prezident İlham Əliyevə təbrik ünvanladı

Oman Sultanı Qabus bin Said Al Said Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi Zati-alinizə çatdırmaqdan məmnunluq duyuruq.

Ölkələrimiz arasında mövcud olan əlaqələri xalqlarımızın ümumi maraqları naminə daha da inkişaf etdirmək və Zati-alinizə xalqının istəklərini həyata keçirmək məqsədlərinə çatmaqda uğurlar arzulayırıq”.