YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Prezident İlham Əliyevi təbrik edib

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz Azərbaycan xalqının Sizə olan böyük inamını və ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələri və güclü liderliyinizin nəticələrini bir daha sübut edir.

Monqolustan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrini və bir çox sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil və idman sahələrində mövcud olan əməkdaşlığı dinamik inkişaf etdirmək üçün ölkələrimizin böyük potensialı var.

Tam əminəm ki, qarşılıqlı səylərimiz nəticəsində ölkələrimiz arasındakı əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Əliyev, Sizə möhkəm cansağlığı, uğurlar və ən xoş arzularımı çatdıraraq, Sizə münasib bir vaxtda Sizi Monqolustana səfər etməyə dəvət edirəm”.