YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Prezident İlham Əliyevə təbrik ünvanladı

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Aprelin 11-də prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Respublikasının qardaş xalqına Venesuela xalqı və hökuməti adından ən səmimi təbriklərimi çatdırıram.

Venesuela Bolivar Respublikasının hökuməti Azərbaycanda mövcud olan seçki sistemini yüksək qiymətləndirir və bu prosesin hörmət, sülh, harmoniya və yüksək seçici fəallığı şəraitində keçirilməsini, eləcə də yüksək səviyyədə təşkil olunmasını alqışlayır. Bütün bunlar xalqlarımızın öz hökumətlərini və ölkəni idarəetmə formasını seçmək üçün öz müqəddəratlarını və suverenliklərini təyin etmək hüquqlarından tam istifadə etməsinə zəmanət verir.

Venesuela Bolivar Respublikasının hökuməti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş Zati-aliləri, cənab İlham Əliyevi təbrik edir və ölkələrimiz arasındakı dostluq münasibətlərini həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də xalqlarımız üçün daha bərabərhüquqlu, ədalətli və insani mühitlə təmin olunmuş çoxqütblü və çoxmərkəzli dünyanın qurulması istiqamətində bizim ölkələrimizin də daxil olduğu Qoşulmama Hərəkatının “Üçlük” qrupu çərçivəsində öz səylərini günbəgün daha da möhkəmləndirmək və inkişaf etdirmək niyyətini bildirir”.

 

DİGƏR Xəbərlər Arxiv