YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarında aparılan bərpa işləri barədə İtaliyanın “Uni mondo” portalında məqalə yerləşdirilmişdir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarında həyata keçirilən bərpa işləri barədə İtaliyanın “Uni mondo” portalında məqalə yerləşdirilmişdir.

Məqalədə deyilir ki, İtaliyanın mühüm tarixi abidələrindən hesab olunan və uzun müddətdir bərpasına ehtiyac duyulan Roma katakombalarının bərpası ilə bağlı iki il əvvəl Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında Saziş imzalanmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi qurum haqqında məlumatın əks olunduğu yazıda bildirilir ki, Fondun fəaliyyətində ölkəmizin dünyada təbliği əsas yer tutur.

Müəllif oxucuların diqqətinə çatdırır ki, Qərblə çox yaxşı əlaqələri olan Azərbaycanda yüksək dini tolerantlıq hökm sürməkdədir.

 

 

DİGƏR Xəbərlər Arxiv