YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik ediblər.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Əminik ki, bu qələbə möhtəşəm mədəni irsə sahib olan, dünyaya Nizami Gəncəvi kimi dahi bir mütəfəkkir bəxş edən və bizə çox doğma olan Azərbaycanda demokratik institutların, dünyəviliyin və vətəndaş azadlıqlarının daha da möhkəmləndirilməsinə təkan verəcək.

Sizə möhkəm cansağlığı və davamlı uğurlar, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik. Zati-aliləri, ən dərin ehtiramımızı qəbul edin.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünya müstəvisində daha da yaxşı tanıtmaq istiqamətində səylərimizə sadiq qaldığımızı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvinin irsinə layiq olduğunu təmin etmək üçün əlavə mədəni tədbirlər keçirmək niyyətində olduğumuzu bəyan etməkdən məmnunuq. Bütün bunlar Sizin davamlı dəstəyiniz sayəsində mümkün ola bilər. Biz əminik ki, Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünyada təhsil, elm və beynəlxalq dialoqu təşviq edən və Azərbaycanın mədəni irsini dünya miqyasında daha yaxşı tanıdan bir qlobal mərkəz kimi davamlı inkişaf etməsini görməyə şad olacaqsınız.

Zati-aliləri, icazə verin, hamımızın adından Sizə dərin minnətdarlığımızı bildirək. Sizə cansağlığı və uğurlarınızın davamlı olmasını, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik”.

Təbriki Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının vitse-prezidenti İsmail Seragəldin, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç, 2000-2012-ci illərdə Finlandiyanın Prezidenti Tarya Halonen, 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti İvo Yosipoviç, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa, 1996-2000-ci illərdə Rumıniyanın Prezidenti Emil Konstantinesku, 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rosen Plevneliyev, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvili, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Zlatko Laqumdziya, 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı Katerina Yuşşenko, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis imzalayıblar.