YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kalmık müftisi Sultanəhməd Karalayev Prezident İlham Əliyevə təbrik ünvanladı

Kalmık müftisi Sultanəhməd Karalayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Kalmık Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərdəki qələbəniz vətəndaşların rifahının yüksəldilməsinə və beynəlxalq arenada ölkənizin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş siyasətinizi Azərbaycan xalqının tam dəstəklədiyinə sübutdur.

Bu məsul vəzifədə nəzərdə tutduğunuz bütün planların səmərəli və müvəffəqiyyətlə həyata keçirilməsi yolunda Sizə yeni-yeni uğurlar diləyirəm.

Allah-Təala Sizə, ölkənizə və xalqınıza tərəqqi, səadət və rifah nəsib etsin”.