YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Bu bəyanat anti-Azərbaycan qüvvələrin və ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır

«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, qurumun Parlament Assambleyasının  və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri haqqında verdikləri  birgə bəyanat tamamilə qərəzli və subyektiv mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır». Bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, bu bəyanat anti-Azərbaycan qüvvələrin və ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.

«Azərbaycanda hakimiyyətin mənbəyi  və suverenliyin daşıyıcısı xalqdır . O, öz iradəsini 11 apreldə tam azad surətdə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır»-deyə, Ziyafət Əsgərov vurğulayıb.