YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.

Seçkilərdə qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd etdi.

 

DİGƏR Xəbərlər Arxiv