YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar səsvermə davam edir

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Ankara şəhərindəki səfirliyimizdə fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində səsvermə davam edir.

Seçki məntəqəsi Türkiyə vaxtı ilə saat 8.00-da açılıb. Məntəqənin girişində seçicilərin siyahısı asılıb və şəffaf seçki qutusu qoyulub.

Türkiyə paytaxtında yaşayan, təhsil alan və işləyən, habelə xidməti ezamiyyətdə olan Azərbaycan vətəndaşları məntəqəyə gələrək öz seçimlərini edirlər.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.