YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İsveçdəki səfirliyində səsvermə davam edir

Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla səhər saat 8.00-da başlayıb.

Səfirlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 39 saylı məntəqə fəaliyyət göstərir.

Məntəqələrdə səsvermənin şəffaf şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki məntəqəsində İsveç, Norveç və Finlandiyada daimi yaşayan və müvəqqəti qeydiyyatdan keçmiş, o cümlədən bu ölkədə səfərdə olan vətəndaşlarımız səsvermə hüququndan istifadə edirlər.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.