YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan Senatının üzvü: Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur

"Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur".

Bunu Trend-ə Qazaxıstan Senatının üzvü Muratbay Joldasbayev deyib.

O bildirib ki, Qazaxıstan Senatından 701 nəfərdən ibarət nümayəndə heyəti gəlib: "Biz seçicilərin fəallığını görürük. Onların əhval-ruhiyyəsi yüksəkdir. Hər şey sakitdir və bu əsas amildir. Heç bir ajiotaj yoxdur. Qalan məsələləri müzakirə edəcəyik. Hələlik biz bir seçki məntəqəsində olmuşuq və pozuntu görməmişik. İşıqlandırma var. Əlavə girişlər yoxdur - yalnız bir giriş və bir çıxış. Bütün qutular möhürlənib".