YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlyas Umaxanov: Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlament Assambleyası müşahidə missiyası Azərbaycan prezidenti seçkilərində səsvermə prosesinin gedişini izləməyə başlayıb.

Bakı şəhəri, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İlyas Umaxanov Azərbaycan xalqını ölkənin həyatında çox mühüm siyasi hadisə - prezident seçkiləri münasibətilə təbrik edib.

“Biz MDB PA-dan beynəlxalq müşahidəçilər olaraq Mərkəzi Seçki Komissiyasının çox dəqiq və sistemli işini görürük. Mən Azərbaycanda prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə seçkidən-seçkiyə yaxşılaşır, həmçinin seçki qanunvericiliyi mükəmməlləşir. Bu islahat daha şəffaf, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına xidmət istiqamətində gedir. Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər. İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini sabit, rifah, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”, - deyə İlyas Umaxanov vurğulayıb.