YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda səsvermədə fəallıq müşahidə olunur

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermədə fəallıq müşahidə olunur.

Seçki məntəqələri açılan saatdan BƏƏ-də yaşayan və bu günlərdə ölkə ərazisində müvəqqəti olan Azərbaycan vətəndaşları səs verməyə başlayıblar. Məntəqələrdə səsvermə üçün lazımi şərait yaradılıb. Səfirlikdə və konsulluq şöbəsində qeydiyyat olan 275 Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb. Əbu-Dabi şəhərində 78, Dubay şəhərində 197 seçici qeydiyyata alınıb.

Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov bildirib ki, Əbu-Dabidə seçki məntəqəsi açılandan seçicilərin fəallığı müşahidə olunur. O deyib ki, seçki prosesi azad, demokratik və şəffaf şəraitdə keçir, vətəndaşlarımız sərbəst şəkildə səs verirlər.

Səsvermə yerli vaxtla saat 19:00 başa çatacaq.

 

DİGƏR Xəbərlər Arxiv