YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Sədr müavini Əli Əhmədov MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov aprelin 10-da partiyanın mənzil-qərargahında MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb.

Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov prezident seçkilərinə hazırlıq prosesindən bəhs edərək qeyd edib ki, ötən illər ərzində ölkədə gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yüksəlməsi, paytaxt və regionların simasının xeyli dəyişməsi və digər amillər sayəsində YAP-ın namizədi olan cənab İlham Əliyevə böyük ictimai dəstək mövcuddur. Həmçinin, yerli və beynəlxalq təşkilatların seçkiöncəsi apardığı rəy sorğularının nəticələri  də Prezidentliyə namizəd cənab İlham Əliyevin seçkilərdə yüksək səs çoxluğu ilə qalib gəlmək ehtimalını bir daha təsdiqləyir.

Öz növbəsində, müşahidə missiyasının üzvləri Azərbaycandakı seçkiqabağı mühiti müsbət qiymətləndirərək, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazımi şəraitin yaradıldığını bildiriblər.

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.