YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Avropa Parlamenti bu cür qətnamələrlə Azərbaycana təzyiq göstərə bilməz

«Avropa Parlamenti bu cür qətnamələrlə Azərbaycana təzyiq göstərə bilməz. Ölkəmizin nəhəng enerji layihələrinə imza atdığı bir zamanda belə bir qətnamənin qəbulu  anti-azərbaycançı qüvvələrin planıdır». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki,  Almaniya parlamentinin üzvü tərəfindən təqdim olunan layihənin Avropa Parlamentinin üzvləri tərəfindən qəbulu təəssüf doğurur. Onun sözlərinə görə, bəzi xarici qüvvələr hansısa bir məsələni problemə çevirərək Azərbaycan qarşı istifadə etməyə çalışırlar.

«Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün insan haqları, yaşamaq, sərbəst toplaşmaq hüquqları, ümumiyyətlə bütün hüquqları pozulub. Amma bpeynəlxalq təşkilatlar onların hüquqlarının bərpası istiqamətində ciddi addımlar atmırlar. Avropa Parlamentinin bu cür addımı isə özünün nüfuzuna zərbə vura bilər»- deyə, Ç.Qənizadə qeyd edib.