YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlı rayonunun Nərimankənd, Məzrəli, Varxan, Azadkənd və Fətəli kəndlərində seçicilərlə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri partiyanın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin -də  rayonun Nərimankənd, Məzrəli, Varxan, Azadkənd və Fətəli kəndlərində seçicilərlə görüşlər keçiriblər.

Görüşlərdə çıxış edən seçki qərargahının üzvü Rahib Salahov aölkəmizdə seçkilərin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində bütün müvafiq tədbirlərin görüldüyünü  bildirib.

Çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Saatlı rayon  şöbəsinin üzvləri Lətif  Şimşəkov, Mirkamil Qiyasov və digərləri cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər. Görüşlərdə bir daha əminliklə vurğulanıb ki, aprelin 11-də Saatlı seçiciləri Azərbaycanın daha parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklər.