YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Kürdəmir rayonunda  təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Ərəbqubalı, Pirili kəndlərində və Kürdəmir şəhərində keçirilib. 

Görüşlərdə YAP Kürdəmir rayon təbliğat- təşviqat qrupunun üzvləri iştirak etmişlər.

Görüşlərdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli qeyd edib ki, Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb: «Mən əminəm ki, məhz bütün uğurlara görə, bütün kürdəmirli seçicilər mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən yekldilliklə etimad göstərəcəklər».

Görüşlərdə təbliğat qrupunun üzvlərindən Sabir Novruzov, Elmira Süleymanova, Yaqut Əşrəfova, seçicilərdən Ağabəy Ağayev, Səməd Babayev, Almaz Əskərova, Nəsir Nuriyev, Roza Süleymanova çıxış edərək bütün vətəndaşları 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar.