YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafalıların seçimi İlham Əliyevdir

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən rayonun Qarahəsənli və Düzqışlaq kəndlərində seçicilərlə görüş keçirildi.

Görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş daxili və xarici siyasətdən həyata keçirdiyi uğurlu iqtisadi islahatlardan, ölkəmizdə o cümlədən rayonumuzda gedən abadlıq quruculuq işlərindən danışdı.

YAP Düzqışlaq kənd ərazi ilk partiya təşkilatının sədri Yanvar Bayramov, məktəb direktoru Valeh Bayramov, ağsaqqal Abbas İsmayılov, Vəli Mustafayev və başqaları çıxış edərək, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.

DİGƏR Xəbərlər Arxiv