YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Tərtər rayonunda davam etdirilir

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Tərtər rayonunda davam etdirilir.

03 aprel 2018-ci il tarixdə  növbəti təbliğat-təşviqat tədbiri rayonun Borsunlu kəndində 340 nəfər seçicinin iştirakı ilə keçirildi.

Təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirilən tədbiri YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açaraq çıxış etmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətlər qazanıb.

Keçilən yolun nailiyyətlərinə əsaslanaraq söyləyə bilərik ki, ölkəmizin inkişafı, insanlarımızın maddi rifah halının yaxşılaşması naminə “İlhamla irəli” devizi altında 15 il ərzində ölkəmizə xidmət etmiş siyasətin bundan sonra da davam etdirilməsi, ölkəmizin qüdrətini daha da artırmaq məqsədinin gerçəkləşdirilməsi üçün davam etdirilməsi vacibdir.

Odur ki, tam əminliklə demək olar ki, xalqımız Azərbaycanın tərəqqisi naminə, gələcək həyatlarını da İlham Heydər oğlu Əliyevlə davam etdirməkdə görərək öz səslərini ona verəcəklər. Xalq başa düşür ki, Azərbaycan dövlətini daha da inkişaf etdirmək, Heydər Əliyev ideyalarının cəsarətlə və ardıcıl həyata keçirilməsi təmin edəcəkdir. Bu təminatı isə bizə yalnız İlham Əliyev verə bilər.

Təbliğat-təşviqat kompaniyası ilə əlaqədar keçirilən tədbirdə Borsunlu kənd sakinlərindən Vaqif Qədimov, Aytən Əliyeva, ilk dəfə səsvermədə iştirak edən Xaliq Yusifli və Birinci Qarabağ Savaşının İştirakçısı Xırdaxanım Əliyeva çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd edib, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildirdilər.

Mitinq-görüşlər yüksək fəallıq şəraitində keçdi.

DİGƏR Xəbərlər Arxiv