YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak Azərbaycana səfər edəcək.

M.Layçak “Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək. Onun, həmçinin Azərbaycan rəsmiləri və BMT-nin ölkə üzrə idarə heyəti ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, Baş Assambleyanın prezidenti ADA Universitetində “Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda tələbələr qarşısında çıxış edəcək.

Səfər zamanı Miroslav Layçakı kabinetinin rəhbəri Frantişek Rujiçka, baş müşaviri Abdelqani Merabet və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Katarina Kandt müşayiət edəcəklər.