YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının seçki kampaniyası Göyçay rayonunda uğurla davam edir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun  Bığır  kənd sakinləri ilə keçirilmişdir.

 Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov bildirdi ki, Prezidentimiz  İlham Əliyevin  15 il ərzində gördüyü misilsiz işlərdən söz açdı və bildirdi ki, xalqımızın xöşbəxt , parlaq,  işıqlı gələcəyinin təminatçısı cənab  İlham Əliyevdir.

Daha sonra çıxış edən kənd sakinləri Vaqif  Əliyev, Rəşad Feyzullayev, Əzizova Həqiqət Hacıyev Məzahir və  başqaları cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verdilər. Bildiriblər ki, bütün göyçaylılar cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir və bunu 11 Apreldə İlham Əliyevə səs verməklə bir daha sübut edəcəklər.