Xəbərlər
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 5-də Azərbaycana səfər edəcək.
Səfər zamanı M.C. Zərif Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusundakı konfransda iştirak edəcək.
İranın xarici işlər nazirinin Naxçıvana da səfəri planlaşdırılır.