YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Budapeştə səfəri çərçivəsində macarıstanlı həmkarı Janos Martonyi ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar barədə məlumat vermişdir. O, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır.