YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi rayonunda YAP –ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

29 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi seçiciləri ilə növbəti uğurlu görüş keçirildi.

Görüşdə giriş nitqi söyləyən YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov Azərbaycanda son 14 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verdi. Yol infrastrukturunun daha da inkişaf etdirilməsi, yeni körpülərin və yeraltı keçidlərin tikilməsini iqtisadi uğurlarımızın göstərici adlandırdı. Yeni yolların çəkilməsinin vətəndaşların rahat hərəkəti üçün yaradılan mühüm şərait olduğunu qeyd etdi. Ramiz Göyüşov həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni nəslin daha sağlam böyüməsi, vətəndaşların maddi-rifah halının yüksəldilməsi, sosial müvavinətlərin artırılması istiqamətində görülən işləri ətraflı qeyd etdi. Bir sözlə, bütün sahələr üzrə əldə olunan yüksək inkişaf göstəricilərinə nəzər salaraq bütün bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu vurğuladı. Rayon təşkilatının sədri bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində yekdilliklə iştirak etməyə, son 14 ildə ölkəmizi tərəqqiyə, xalqımızı firavanlığa aparan liderə səs verməyə çağırdı.

Milli Məclisin deputatı Kamaləddin Qafarov, Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru Asəf Zamanov, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov və başqaları çıxışlarında əmin olduqlarını bildiriblər ki, aprelin 11-də xalqımız sabitliyə və inkişafa səs verəcək.

Görüşün sonunda çıxış edən seçicilərdən – Məleykə Allahverənova, Şirincan Məmmədova, Leyla Quluzadə,  Mahmud Mahmudov və başqaları cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini və qarşıdan gələn Prezident seçkilərində məhz ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.