YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin inkişafa, rifaha xidmət edən siyasətini birmənalı şəkildə dəstəkləyir

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq dialoq, əməkdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki,  Azərbaycan beynəlxalq təşkilatlarda öz maraqlarının müdafiəsini qətiyyətlə həyata keçirir, ölkəmizin beynəlxalq nüfuzu mütəmadi olaraq artır. Onun sözlərinə görə,  Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək belə mümkün deyil.

«Ona görə də, bu gün dünyanın diqqəti Azərbaycandadır, ölkəmizə olan maraq artıb. Ölkəmiz aprelin 11-də keçiriləcək prezident seçkilərinə məhz bu cür müsbət reallıqlar fonunda gedir. Bu reallıqlar isə Azərbaycan xalqının cənab İlham Əliyevi yekdilliklə dəstəkləməsini şərtləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin inkişafa, rifaha xidmət edən siyasətini birmənalı şəkildə dəstəkləyir. Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə insanlarda yüksək seçki əhval-ruhiyyəsi hiss edilir. Seçicilər birmənalı şəkildə möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəklədiklərini bildirir, Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin inkişafa, yüksəlişə və tərəqqiyə xidmət etdiyini vurğulayırlar. Görünən odur ki, Azərbaycan xalqının seçimi birmənalı şəkildə cənab İlham Əliyevdir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı və inamlı sabahı üçün 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Cənab İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq»-deyə, S.Seyidov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv