YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Seçki Qərərgahının Qazax rayon şöbəsinin təbliğat-təşviqat qrupu təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Mart ayının 29-da YAP Seçki Qərargahı Qazax rayon Şöbəsinin təbliğat qrupunun üzvləri rayonun Ağköynək kəndində seçicilərlə görüş keçiriblər.

 Təbliğat qrupunun üzvlərindən Abbas Göyüşov, Yeganə Göyüşlü, Səfurə Rəhimova seçicilər qarşısında çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 15 il ərzində gördüyü işlərdən, seçki proqramından ətraflı danışıblar.

Seçicilər yekdilliklə 11 apreldə seçki məntəqələrnə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.