YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənli gənclər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsi rayonda ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşü giriş sözü ilə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq qeyd edib ki, Prezident İlham Əliyev həmişə gənclərə böyük diqqət və qayğı göstərir: “Bu gün gənclər cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında çoxluq təşkil edirlər. Gənclər Prezident İlham Əliyevin yaxın dostudur. Gənclərin hərtərəfli inkişafına diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır”.

Meydanəli Yolçuyev ilk dəfə səs verəcək gəncləri  Prezidentimizin siyasətini dəstəkləməyə, Onunla həmrəy olmağa səsləyib.

İlk dəfə səs verən gənclər – Ayşən Ələsgərova, Tural Cəfərov, Təbriz Səfərli və başqaları çıxış edərək qeyd ediblər ki, onlar Azərbaycanın gələcək uğurlarının təminatçısı, ölkəmizi beynəlxalq aləmdə tanıdan, millətin və xalqın sevimlisi cənab İlham Əliyevə səs verəcəklər.