YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlılar Azərbaycanın xoş gələcəyinə təminat verən siyasətə «hə» deyəcək

Aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda seçicilərlə növbəti görüşlər rayonun Gürcüva, Ərəbocağı, Pirkəkə və Korarx kəndlərindən olan  seçicilərlə baş tutub.

YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov görüşlərdə çıxış edərək cənab İlham Əliyevin Prezidentliyi dönəmində ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qaldığını və ölkəmiz üçün gördüyü misilsiz işlər və həyata keçirilən beynəlxalq layihələr, iqtisadi və sosial islahatlar, proqramlar haqqında geniş məlumat verib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərindən Ziyafət İsayeva və Rahim Zakirov çıxış edərək seçiciləri 11 apreldə seçki məntəqələrinə gələrək ölkəmizin uğurlu gələcəyi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çoxsaylı seçicinin iştirak etdiyi görüşdə seçicilər adından çıxış edənlər–Mirzə Hacıyev, Tapdıq Sadıqov, Ədaləddin Əhmədov və Sevda Abdullayeva bildiriblər ki, ağdaşlılar Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyevin siyasi dəst-xəttini ürəkdən bəyənirlər.