YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı Şüvəlan qəsəbəsinin seçiciləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Xəzər  rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şüvəlan qəsəbəsinin seçiciləri ilə görüş keçirdi.

 Görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, xalqımız daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzində olur və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər. Müstəqillik dövründən başlayaraq, keçirilən seçkilər və qazanılmış təcrübə əhalinin seçkilərdə daha da fəal və düzgün mövqe nümayiş etdirməsinə gətirib çıxarır. Aprel ayında keçiriləcək prezident seçkisinin də məhz dövlətin mənafeyinə uyğun olaraq təşkil edilməsi və seçicilərin fəallığının yüksəlməsi artıq respublikanın, demək olar ki, bütün ərazilərində seçkilərə hazırlığın ilkin mərhələlərində də, təbliğat-təşviqat mərhələsində də özünü göstərməkdədir. N.Əhmədov bildirdi ki, son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib. Ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Xəzər  rayonunda da böyük işlər görülüb. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında formalaşan qürur və iftixardır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsasın olması da inamımızı şərtləndirən amildir. Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Bu mənada öz ətrafında yeddi yüz mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyası da vətəndaşlarımızın ideya-siyasi tərbiyəsi ilə bağlı öz işlərini ən müasir səviyyədə qurur…

 Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq vəzifəmiz Prezident İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etmək, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməkdən ibarətdir. Bu gün hər birimiz Azərbaycanımız naminə Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə gedərək, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək «İlhamla irəli» addımlamalıyıq. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacaq.

Tədbirdə çıxış edən rayon sakinləri bildirdilər ki, bu gün YAP Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənən və etimad göstərilən yeganə və ən böyük siyasi partiyadır. Bu günə qədər keçirilmiş bütün seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanaraq parlaq qələbələr əldə edən Yeni Azərbaycan Partiyasının bu seçkiləri də yüksək nailiyyətlərlə başa vuracağını indidən söyləmək mümkündür.