YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov respublikamızda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, gənclərlə iş sahəsinə xüsusi diqqət göstərildiyini bildirib, Samux rayonunda da gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını qeyd edib.

G.Bayramov aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayan natiq onları həmin gün hamılıqla seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Samux rayon Ziyalılar Cəmiyyətinin üzvü  Nizami Məmmədov prezident seçkilərinin tarixi, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən gənclər – Rasim İmamquliyev, Arif Ağayev və başqaları Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər.