YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Astara rayon təşkilatı Pəlikəş kəndində seçicilərlə görüş keçirib

YAP Astara rayon təşkilatı prezident seçkiərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ucqar dağ kəndi olan Pəlikəş kəndində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycan dünyasının ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bütün bunlar prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, YAP Astara rayon Gənclər Birliyinin sədri Tural Eyvazov və başqaları çıxış edərək 11 aprel seçiciləri fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.