YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənli qadınlar yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsi bir qrup fəal seçici xanımlarla görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, daşkəsənli qadınlar keçirilən bütün seçkilərdə hər zaman yüksək fəallıq göstərərək YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyib. Rayon ərazisində fəaliyyət göstərən 42 seçki məntəqəsindən 9-da MnSK-nın sədri qadınlardır. Daşkəsənli qadınlar rayonun ictimai-siyasi həyatında daim nümunə olub.

Görüşdə çıxış edən Qızbəs Abbasova, Rəna Aslanova, Mehriban Rüstəmova, Səidə Məmmədova və digərləri daşkəsənli qadınlar adından bir daha bildiriblər ki, biz Azərbaycanımızı uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparan, gələcək xoş günlərimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəyik. Bu, bizim hər birimizin ürəyimizin hökmü, qəlbimizin istəyidir.