Xəbərlər
Cəlilabad rayonunun Şiləvəngə, Şabanlı və Muğan kəndlərində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Şiləvəngə, Şabanlı və Muğan ərazilərində keçirilib.
Görüşlərdə YAP Cəlilabad rayon təşkilatı sədrinin müavini Hafiz Cavadov, YAP rayon təşkilatı idarə heyətinin üzvü Xudayar Sultanlı, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov və basqaları çıxış edərək son 15 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından danışaraq bu uğurların davamlı olması üçün seçiciləri 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar.