YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail səfiri: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini nümayiş etdirəcək

Azad və müstəqil seçkilər demokratik cəmiyyətdə çox vacibdir. Azərbaycan konstitusiyasının bütün vətəndaşlara seçki hüququ verməsi də çox əhəmiyyətlidir. Mən inanıram ki, seçkilər Azərbaycan xalqının iradəsini nümayiş etdirəcək.

Bu fikirləri sechki-2018.az saytına açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib.

Diplomat demokratik ölkələrdə seçkilərin çox vacib olduğunu bildirərək deyib: “Seçkilər insanlara düşüncələrini ifadə etmək və gələcək illər üçün öz nümayəndələrini və liderlərini seçmək imkanı verir. Azərbaycanda Prezident xarici siyasəti müəyyənləşdirir və daxili siyasətin icrasında güclü rol oynayır və buna görə prezident seçkiləri ölkə üçün mühüm əhəmiyyət kəsb edir”.

DİGƏR Xəbərlər Arxiv