YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniyalı nazir: TAP Albaniya və region üçün çox əhəmiyyətli bir layihədir

“Trans-Adriatik” (TAP) qaz boru kəməri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan, Albaniya və region üçün çox əhəmiyyətli bir layihədir.

Bu barədə 2018-2030-cu illərin yeni enerji strategiyasının təqdimatı zamanı Albaniyanın infrastruktur və energetika naziri Damian Gjiknuri deyib.

O bildirib ki, TAP-ın tikintisi, eləcə də İon Adriatik Qaz Kəməri layihəsinin həyata keçirilməsi enerji səmərəliliyi təhlükəsizliyinin artırılması, enerji sektorunun inkişafına dəstək olacaq. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Qeyd edək ki, Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.