YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xızı rayonunun Giləzi qəsəbəsində seçicilərlə görüş keçirilib

YAP Xızı rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun  Giləzi qəsəbəsinin  seçicilərilə görüş keçirib.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çıxış edərək bildirib ki, Azərbaycan növbəti siyasi-ictimai hadisə - prezident seçkiləri ərəfəsindədir və bu gün ölkədə aparılan geniş miqyaslı inkişaf və tərəqqi işləri son 15 ildə reallaşdırılan uğurların sübutudur. “Belə ki, əldə edilən hər bir uğur bilavasitə cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir və biz xızılılar da bu siyasəti birmənalı şəkildə dəstəkləyir”- deyən natiq, seçiciləri aprelin 11-də fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə vurğulayıb ki, Azərbaycanda son illər ərzində aparılan mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə söz sahibinə çevrilib. “İstər regional, istərsə də beynəlxalq layihələrin uğurla  həyata keçirilməsi hər bir azərbaycanlının daha firavan, daha xoşbəxt yaşaması naminə atılan addımlardır və bütün bunlar cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin bariz nümunəsidir. Azərbaycanın davamlı inkişafı da həmin faktorları təsdiq edir”-deyən, Bəhruz Quliyev bildirib ki, İlham Əliyevin əsas amalı xalqına xidmət etməkdir: “O, ölkəmizin daha güclü inkişaf etməsi üçün yorulmadan fəaliyyət göstərir və inanırıq ki, Xızı rayonunun seçiciləri daha böyük nailiyyətlərin əldə edilməsi, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi naminə aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər”.

Görüşdə çıxış edən qəsəbə sakinləri prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.