YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabul rayonunun Meyniman və Talış kəndlərində seçicilərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidentliyinə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin seckiqabağı təbliğat-təşviqat kampaniyası çərcivəsində Hacıqabul rayonunun Meyniman və Talış kəndlərində seçicilərlə görüş keçirildi.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov və millət vəkili Rafael Hüseynov geniş və ətraflı çıxış edərək, seçiciləri 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gəlib Yeni Azərbaycan Partiyasının Namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Sonra YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələskərov, YAP Hacıqabul rayon təşkilatının Şura üzvü Eldəniz Həsənov və Meyniman kənd ağsaqqalı Aydın Hüseynov çıxış etdilər.