YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk dəfə səsverən seçicilərlə ilə görüş keçirilmişdir

28 mart tarixində 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının  təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində ilk dəfə səsverən seçicilərlə  ilə görüş keçirilmişdir.

Seçicilər qarşısında çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev  cənab İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən danışdı. 

 Daha sonra rayon təbliğat qrupunun sədri Hüseyn Bayramov,  Milli Məclisin deputatı,  YAP Mərkəzi Qərargahının təbliğat qrupunun üzvü  Bəxtiyar Sadıqov və Milli Məclisin deputatı Bəxtiyar Əliyev çıxış etdilər.