YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər 11 apreldə cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklər

Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən Yeni Azərbaycan Psrtiyasının Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi üzvlərinin çoxsaylı seçicilərlə növbəti görüşü ruh yüksəkliyi ilə keçib.

Ziyalıların, ağsaqqalların, qadınların və gənclərin fəal  iştirak etdiyi görüşü YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyindən qürurla bəhs edib. “Azərbaycan xalqı fəxr edir ki, onun cənab İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət rəhbəri var. Bütün ölkə vətəndaşları kimi gəncəlilər də 11 apreldə öz sözünü  həmrəyliyi ilə bildirəcək, “İlhamla irəli” deyəcək”- millət vəkili bildirib.

Milli Məclisin deputatları  Xanlar Fətiyev, Pərvin Kərimzadə, Musa Quliyev, təşviqat qrupunun üzvləri Akif Süleymanov və İbrahim Cəfərov son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından söhbət açaraq ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün seçiciləri 11 apreldə seçki günündə fəal olmağa səsləyiblər.

Nərgiz Rəsulova, Yusif Yusibalıyev  seçicilər adından çıxış edərək, cənab İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar.

Görüş iştirakçıları 11 apreldə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.