YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində  növbəti görüş  Biləsuvar rayonu Əsgərəbad kəndinin seçiciləri  ilə  keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının  Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev  qarşıdan gələn Prezident seçkiləri ilə bağlı  məlumat verdi.Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi

Tədbirdə Azərbaycan Dillər Universitetinin professoru Fikrət Cahangirov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi “ASAN” xidmət mərkəzlərinin yaradılması, Azərbaycanın dünyada multikultural və tolerant mərkəzə çevrilməsi, beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində möhtəşəm rolu barədə seçicilərə ətraflı məlumat verdi. Sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Natiq  bütün Əsgərəbad kənd seçicilərini  11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə iştirak edən Əsgərəbad kənd seçiciləri bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə - Cənab İlham Əliyevə səs verəcəklər.