YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunda YAP-ın təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının  tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş  cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində Əskipara və Səhləbad kəndlərində  keçirilən tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, Qarağacı, Qaradağlı, Qapanlı kəndlərində keçirilən tədbirdə  isə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış ediblər.

Mitinq-görüşlərdə qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının  namizədi,  Prezident Əliyevin  ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan hərtərəfli, sürətli inkişaf tempi əldə edib, ölkə daxilində bütün sahələr üzrə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək uğurlu siyasət reallaşdırılıb. Ölkənin xarici siyasəti Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə zəmin yaradır. Bildirilib ki, son 15 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub, 600-dən çox tibb ocağı tikilib istifadəyə verilib, eləcə də yeni-yeni müəssisələr yaradılıb. Bu dövrdə ölkədə  yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə endirilib, əhalinin sosial müdafiəsi məsələləri diqqət mərkəzində saxlanılıb. Bütün bunlar ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən Ümummilli lider Heydər Əliyevin ideyalarının ardıcıl və qətiyyətli şəkildə həyata keçirilməsi sayəsində mümkün olub.

Tədbirlərdə Əskipara kənd sakinləri Fəxrəddin Bəbişov, Alimə Muradova, Almaz Quluyeva, Allahyar Allahverdiyev, Səhləbad kənd sakinləri Almaz Quliyeva, Gülbəniz Məmmədova,  Bayram İbrahimov, Qaraağacı kənd sakinləri Səadət Quliyeva, Şükür Əhmədov, Qaradağlı kənd sakinləri Yusif Salayev, Fitat Əliyeva, Qapanlı kənd sakinləri Fizuli Əzmov və Fəridə Mustafayeva çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəkləndiyini qeyd edərək, 1seçiciləri 1 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.