YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxlı seçicilər İlhamlı gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri  Yevlax şəhərində seçicilərlə görüş keçirdi.

Tədbiri giriş sözü ilə  Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov açdı. O bildirdi ki, əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olmuşdur. Bütün bunları bilərəkdən mən  inanıram ki, hər bir Yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.

Görüşdə  YAP Yevlax rayon təşkilatının sədr müavini  Əli Quliyev, YAP Yevlax Rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova  çıxış edərək  qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verib seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi  Yevlaxlıların da   sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə Xalq Onu  özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.

Sonda çıxış edən şəhər sakinləri seçicilər İlqar Əhmədov, Rafiq Məmmədov və Eldəniz Məmmədov şəhər  sakinləri adından bildirdilər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.

DİGƏR Xəbərlər Arxiv