YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir

YAP   Qobustan  rayon təçkilatının təbliğat-təşviqat qrupu  təhsil işçiləri ilə görüş  keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev  bildirib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. F. Gülaliyev qeyd edib ki,  cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı  Qobustan rayon şöbəsinin  üzvləri  Ruslan Şahbazov, Tahir Şıxaliyev, Əlisa Hacıyev, təbliğat-təşviqat qrupunun üzvləri Abgül Babayev, Bəyim İsmayılova və  digərləri vurğulayıblar ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Tədbir iştirakçıları təhsil sahəsində çalışan bütün  seçicilərin  iradəsini  ifadə edərək  11  aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək  güclü liderə - cənab İlham Əliyevə  səs verəcəklərini bildiriblər.