YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprelin 11-də xalq “İlhamla irəli” deyəcək

Martın 27-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı  Ucar rayon şöbəsi rayonun Qazqumlaq kəndində  görüş-mitinq keçirib. Mintinqdə Qazqumlaq kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar aktiv iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı  Ucar  rayon şöbəsi və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Azərbaycan xalqı fəxr edir ki, onun cənab İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət rəhbəri var: « Xalq, o cümlədən ucarlılar 11 apreldə öz sözünü  həmrəyliyi ilə bildirəcək, «İlhamla irəli» deyəcək.»

Təbliğat qrupunun üzvüləri Alı Babayev, Zeynal Bayramlı və Rahib Rəsulov çıxış edərək cənab İlham Əliyevin bütün fəaliyyətində ulu öndər Heydər Əliyev ideyalarına sadiq olduğunu və Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam və inkişaf etdirdiyini bildiriblər. Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Rafiq Rəhimov, Elxan Eminov və Tağı Nəbiyev çıxış edərək cənab İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar. Seçicilər seçkilərdə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.