YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda lider-xalq birliyi sarsılmazdır

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində Kürdəmirdə səhiyyə, təhsil işçiləri ilə, eləcə də  rayonun Carlı, Quşlar, Mollakənd  kəndlərində çoxsaylı seçicilərlə görüşlər  keçirilib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır: «Əminəm ki, məhz bütün bu və digər uğurlara görə, Kürdəmir seçiciləri mövcud inikişafın davamlı olması məqsədilə 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər.»

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının təbliğat-təşviqat  qrupunun üzvlərindən  Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Zemfira Zərbalıyeva, rayon təbliğat-təşviqat qrupunun üzvləri Sabir Novruzov, Yaqut Əşrəfova, Elmira Süleymanova çıxış edərək bildiriblər ki, cənab İlham Əliyev 15  illik fəaliyyəti dövründə hamıya göstərdi ki,  dövlətini, millətini xalqını çox sevir. Çıxış edənlər prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildiriblər. 

Seçicilərdən Abduləziz Hüseynov, Gülməmməd Eyvazov, təhsil işçilərindən Gülbəniz İbrahimova, Rəhilə Abbasova, səhiyyə işçilərindən Şəmsiyyə Hüseynova, Eynulla Novruzov çıxış edərək  vurğulayıblar ki, respublikamız, o cümlədən Kürdəmir rayonu hər gün daha da inkişaf edir. Bu işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla  11  aprel  2018-ci  il tarixdə seçki məntəqələrinə gələrək  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə  səs verəcəyik.