YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri rabitə və mədəniyyət işçiləri ilə görüşlər keçiriblər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri partiyanın  prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində martın 27-də rabitə və mədəniyyət işçiləri ilə  görüşlər  keçiriblər.

Tədbirləri giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Əli Hüseynov açaraq qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: «Cənab İlham Əliyev ölkəmizə rəhbərliyi müddətində gördüyü misilsiz işlər nəticəsində xalqımızın rəğbətini və sevgisini qazanıb. Ağsulular da hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşib və aprelin 11-də bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik.»

Təbliğat–təşviqat qrupunun üzvləri Sənan Nemətov, Cəmaləddin Zeynalov, Əmrulla Kərimov, Yaşar Qarayev, Tahir Xasi çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətindən, repionların inkişafından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasından bəhs ediblər. Natiqlər seçiciləri daha uğurlu gələcək naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilərdən Əlibala Ağayev, Mirəli Nağıyev, Nurulla Nuriyev  çıxış edərək 11 apreldə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.