YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlıların seçimi dəyişməzdir

11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində rayonun Qolqəti, Dəhnəxəlil, Ağcayazı, Şəkili və Qoşaqovaq kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək ölkəmizdə keçiriləcək prezident seçkilərinə artıq sayılı günlər qaldığını və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin son 15 il ərzində ölkə rəhbəri kimi respublikamızın dinamik inkişafı naminə gördyü işlər və Azərbaycanın beynəlxalq aləmdə gündən-günə möhkəmlənən nüfuzu haqqında ətraflı məlumat verib.

Görüşdə təbilğat-təşviqat qrupunun üzvlərindən Sevgili İbrahimova və İsa Eminov çıxış edərək 11 aprel 2018-ci ilin ölkəmizlə yanaşı, Ağdaşın tarixində də unudulmaz bir gün olacağından və bunun üçün səsvermə hüququ olan hər bir rayon sakininin fəallıq nümayiş etdirməsinin vacibliyindən danışıblar.

Seçicilər adından çıxış edənlər – Məmmədrəsul Hacıyev, Qənifə Məmmədova, Dilbər İbrahimova, Aşafatma Əhmədova və Mirxalid Yunusov bəyan etdilər ki, aprel ayının 11-də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə  səs verəcəklər.