YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının qərargahında təbliğat-təşviqat kompaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilmişdir. Görüşün əvvəlində ölkə rəhbəri cənab İlham Əliyevin 2003-2018 ci illər ərzində gördüyü işlərlə bağlı video-çarx nümayiş etdirilmişdir. Tədbirdə YAP Suraxanı təşkilatının sədri cənab Vüqar Seyidov 15 il ərzində qazanılan uğurlardan, gələcəkdə ölkənin qarşısında duran hədəflərdən danışmışdır.

Vəkil Loğman Abdullayev İlham Əliyev siyasətini hamı tərəfindən dəstəkləndiyini, azad-demokratik seçkilər keçiriləcəyini bildirmişdir.

Milli Məclisin üzvü Ağacan Abıyev ölkənin iqtisadi-siyasi yüksəlişindən, idman sahəsində qazanılan uğurlardan danışmışdır.

YAP Suraxanı rayonunun fəal gənci, sahibkan Əhmədov Aydın cənab İlham Əliyevin beynəlxalq arenadakı nüfuzundan, siyasi lider kimi dünya dövlətləri tərəfindən qəbul olunduğunu bildirmişdir.

Tədbirdə qonaq qismində iştirak edən Eduard Məmmədov Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyevin titanik fəaliyyətindən faktlarla misal gətirmişdir. O, həmçinin cənab İlham Əliyevin idmana və idmançılara  yüksək dəyər verdiyini qeyd etmişdir.

Tədbirdə iştirak edən gənclər YAP Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidovdan söz alaraq, öz fikirlərini söylədilər. Gənclər 11 aprel 2018-ci il tarixdə hər kəsi aktiv olmağa və doğru seçim etməyə çağırdılar.

Sonda toplantı iştirakçıları yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.