YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsi YAP tərəfindən aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bütün qonaqları və seçiciləri salamlayaraq, aprelin 11-də keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətindən ətraflı bəhs edib. Hikmət Şikarov  əlavə edib  ki, Pirallahı  rayonundan olan seçicilər aprelin 11-də keçiriləcək prezident seçkilərində birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklər.

Çıxış edən YAP Mərkəzi Seçki Qərargahının üzvlərindən Milli Məclisin deputatı Rauf Əliyev, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, Prezident  İlham Əliyev  bütün fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr edib. V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin son on beş ildə gördüyü işlər nəticəsində nəinki respublikamızın mərkəzi, bölgələri belə inkişaf baxımından dünyanın diqqətindədir.

Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü, Əməkdar neftçi Səməd Əhmədov rayon əhalisinin yaşlı təbəqəsinin güzəranından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açaraq ağsaqqallar adından cənab İlham Əliyevi dəstəklədiklərini bildirib. YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova dövlətimizin daim gənclərə üstünlük verdiyini, onlara hər sahədə inkişaf etmələri üçün şərait yaradıldığını bildirib. Rayon gənclərini seçkilərdə fəal olmağa və xalqın alternativsiz liderinə səs verməyə çağırıb.

Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.